Azərbaycan neftinin qiyməti 119 dollara yaxınlaşıb
05.03.2022 469 0.0 0

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52% və ya 0,61 dollar artaraq 118,78 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar və ya 10,4% artıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar