Azərbaycan nefti ucuzlaşır
26.09.2019 560 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 66,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,03 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar