Azərbaycan nefti ucuzlaşır
23.05.2019 544 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 74,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,4 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,55 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər