Azərbaycan nefti ucuzlaşıb
16.02.2022 456 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 97,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,66 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər