Azərbaycan nefti ucuzlaşıb
14.01.2022 334 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 13-də 88,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 82,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar