Azərbaycan nefti ucuzlaşıb
20.11.2021 358 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 80,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,23 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,23 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 79,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,45 dollar/barel azdır./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər