Azərbaycan nefti ucuzlaşıb
04.07.2019 501 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 2-də 64,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel azdır.
Qazeta.info bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,69 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,45 dollar/barel azdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər