Azərbaycan nefti ucuzlaşıb
05.04.2018 989 0
Dünya birjalarında neftin qiyməti artıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,83% artaraq 49,76 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar və ya 0,74% artaraq 52,90 dollar olub.
Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,41 dollar və ya 0,59% ucuzlaşaraq 69,45 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər