Azərbaycan nefti ucuzlaşıb
01.03.2018 793 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,99 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,88 dollar/barel azdır. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 27-də 63,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 27-də 67,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar