Azərbaycan nefti ucuzlaşıb
24.10.2017 605 0
Dünya birjalarında neft bahalaşıb.
APA-ya istinadla xəbər verilir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,08 dollar və ya 0,15% artaraq 51,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,09 dollar və ya 0,16% artaraq 57,46 dollar olub.
Azərbaycan nefti ucuzlaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,21 dollar və ya 0,36% azalaraq 58,30 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər