Azərbaycan nefti ucuzlaşıb
08.06.2017 791 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,59% artaraq 45,99 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,71% artaraq 48,40 dollar olub.

 

Xatırladaq ki, ötən gün WTI markalı neftin qiyməti 2,47 dollar azalaraq 45,72 dollara, Brent markalı neftin qiyməti isə 2,06 dollar azalaraq 48,06 dollar təşkil edib.

Neftin kəskin ucuzlaşmasına səbəb ABŞ-da ehtiyatların həftə ərzində 3,3 mln. barel artmasıdır. Ekspertlər ehtiyatların 3,5 mln. barel azalacağını proqnozlaşdırıb. Maraqlıdır ki, artım son 9 həftə ərzində ilk dəfə qeydə alınıb.

Azərbaycan nefti ucuzlaşıb.


Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,9 dollar və ya 1,81% azalaraq 48,83 dollar təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar