Azərbaycan nefti ucuzlaşıb
17.02.2017 675 0.0 0

Dünya birjalarında neft yenidən bahalalaşır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% artaraq 53,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,20% artaraq 55,76 dollar olub.

Neftin bahalaşmasına OPEC üzv və üzv olmayan neft istehsalçısı olan ölkələrin 90%-nin hasilatın azaldılması barədə razılığa əməl etməsi səbəb olub. 

Azərbaycan nefti ucuzlaşıb.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,23 dollar və ya 0,41% azalaraq 56,74 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar