Azərbaycan nefti ucuzlaşıb
12.10.2016 603 0
Dünya bazarında neft bahalaşıb.
Qazeta.info APA- ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar artaraq 50,08 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar artaraq 52,61 dollar olub.
Ötən neft möhkəmlənən dolların təzyiqi altında ucuzlaşaraq 53 dollar həddindən aşağı eniib. Lakin hazırda investorların diqqəti OPEC və qeyri-OPEC üzvlərinin bu gün İstanbulda keçirəcəyi görüşə köklənib. Görüş iştirakçıları hasilatın dondurulması ilə bağlı müzakirələr aparacaq.
Azərbaycan nefti bir dollara yaxın ucuzlaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,88 dollar və ya 1,64% azalaraq 52,88 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər