Azərbaycan nefti ucuzlaşıb
03.10.2016 726 0.0 0

 

Dünya bazarında neft ucuclaşıb.

 

Qazeta.info APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 47,91 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 49,96 dollar olub.

 

Neftin ucuzlaşmasına Asiya birjalarında ticarət əməliyyatları ilə bağlı məlumatların səbəb olduğu bildirilir. Bununla belə, investorlar Çində işgüzar aktivlik indeksini diqqətlə izləyir. Bu indeks üzrə göstəricilər artımın olacağına işarə edir. İşgüzar dairələr OPEC-in neft hasilatının azaldılacağı ilə bağlı planlarını da səbirsizliklə gözləyir.  

 

Azərbaycan nefti ucuzlaşıb.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,13 dollar və ya 0,26% azalaraq 49,91 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar