Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatdırılıb
05.09.2017 630 0.0 0

Kremençuq neft emalı zavodu 83,3 min ton Azərbaycan neftini qəbul edib. Ukrayna Dəniz Limanları Administrasiyasına istinadən xəbər verilir ki, Maltanın "Waikiki" tankeri ilə daşınan Azərbaycan nefti Odessa limanına çatdırılıb.

 

Azərbaycan nefti ilə doldurulmuş tanker Türkiyənin Ceyhan limanından yola salınıb. Yükün boşaldılması sentyabrın 4-də başa çatıb. Artıq bu gün tanker limanı tərk edib.

 

Xatırladaq ki, tərəflər arasında imzalanan müvafiq razılaşmaya əsasən SOCAR "Ukrtatnafta" şirkətinə il ərzində 1,3 mln. ton neftin tədarük edəcək. Xammal Kremençuq neft emalı zavodunda emal olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar