Azərbaycan nefti bahalaşıb
23.12.2021 437 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel çoxdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar