Azərbaycan nefti bahalaşıb
16.05.2019 563 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 74,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.
Qazeta.info bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,44 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,65 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər