Azərbaycan nefti bahalaşıb
28.03.2018 930 0
Dünya birjalarında neft ucuzlaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar və ya 0,81% azalaraq 64,72 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,58% ucuzlaşaraq 69,70 dollar təşkil edib.
Azərbaycan nefti bahalaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,11 dollar və ya 0,15% artaraq 71,38 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər