Azərbaycan nefti bahalaşıb
01.02.2018 804 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 70,33 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,03 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 69,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 31-də 66,1 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 31-də 68,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar