Azərbaycan nefti bahalaşıb
02.06.2017 685 0.0 0

Beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti bu dəqiqələrdə 50 dollar/bareldən aşağı düşüb. "Report" xəbər verir ki, son dəfə "Brent" markalı neftin qiyməti mayın 10-da 50 dollar/bareldən aşağı satılıb. 

Neftin qiymətinin düşməsinə səbəb ABŞ-da gündəlik neft hasilatının artması, OPEC+ anlaşmasının investorların gözləntilərini doğrultmaması və ABŞ-ın iqlim dəyişikliyi ilə Paris anlaşmasından çıxması amilləri göstərilir. 

Neft qiymətlərinin ABŞ-da neft hasilatının sabitlik müşahidə olunana qədər azalması proqnozlaşdırılır. "Report"un analitik qrupu hesab edir ki, "Brent" markalı neftin 45 dollar/barel səviyyəsi neft bazarı üçün optimal hədd sayıla bilər. 

 

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,90 dollar və yaxud 1,76% artıb.

Məlumata görə, "Azeri LT CIF" markalı neftin qiyməti 51,91 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar