Azərbaycan nefti bahalaşıb
21.02.2017 958 0.0 0

Dünya birjalarında neft yenidən bahalaşıb.

 

Qazeta.info APA-ə istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,54% artaraq 53,69 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,09% artaraq 56,19 dollar olub.

 

Azərbaycan neftinin qiyməti artıb.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,75 dollar və ya 1,32% artaraq 57,46 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar