Azərbaycan nefti bahalaşıb
31.01.2017 890 0.0 0

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,42% azalaraq 52,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,07% azalaraq 55,19 dollar olub.

Bu gün ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkənin kommersiya ehtiyatlarının həcmini açıqlayacaq. "Bloomberg" agentliyinin proqnozlarına əsasən, kommersiya ehtiyatları 3 mln. barel artacağı gözlənilir. Proqnoza görə, ABŞ-da sutkalıq neft hasilatı 9,5 mln. barelə çatacaq.

 

Azərbaycan neftinin qiyməti 1 sent artıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,01 dollar və ya 0,02% artaraq 55,82 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar