Dünya bazarında neft bahalaşıb.
Qazeta.info "APA-Economics" -a istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 49,17 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar azalaraq 51,32 dollar olub.
Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub. İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 mln. barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir.
Azərbaycan neftinin bahalaşması davam edir.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,85% bahalaşaraq 51,27 dollar təşkil edib./apa/