Dünya bazarında neft ucuzlaşıb.
Qazeta.info APA -ya əsasən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar azalaraq 47,55 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar azalaraq 48,88 dollar olub.
“Bloomberg” agentliyinin məlumatına görə, neftin ucuzlaşmasına İraqın OPEC-in neft hasilatının bəyan olunmuş səviyyədə dondurmaqla bağlı razılıqdan imtina edə biləcəyi ilə bağlı xəbərlər səbəb olub. Belə ki, İraqın neft naziri Əli əl Luaibi deyib ki, rəsmi Bağdad neft hasilatına kvota tətbiq olunan zaman neft hasilatının hesablanması metodundan narazıdır. Onun sözlərinə görə, noyabr ayına qədər hesablama metodunda dəyişiklik olmasa, İraq bu razılaşmadan imtina edəcək.
Qeyd edək ki, OPEC-in Əlcəzairdə keçirilən görüşündə OPEC ölkələri neft hasilatının 33 mln. barel səviyyəsində dondurmaqla bağlı ilkin razılığa gəliblər.
Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,15 dollar və ya 6,72% artaraq 50,04 dollar təşkil edib.