Azərbaycan nefti bahalaşıb
29.09.2016 658 0.0 0

Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

 

"APA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 47,06 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 48,61 dollar olub.

 

Qeyd edək ki, ötən gün OPEC-in iclasında razılığın əldə olunması ilə bağlı xəbərlər yayılandan sonra neft 5-6% bahalaşıb. Bəzi ekspertlər sonradan neftin cüzi ucuzlaşmasını bazar iştirakçılarının hasilatın səviyyəsi ilə bağlı razılığının rəsmi təsdiqini gözləməsi ilə izah edir.  

 

Azərbaycan nefti bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,93% artaraq 46,89 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar