Azərbaycan nefti bahalaşıb
12.08.2016 749 0.0 0

Dünya bazarında neftin qiyməti artıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 44,11 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar artaraq 46,60 dollar olub.

 

Azərbaycan neftinin qiyməti iki dollara yaxın artıb.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,60 dollar və ya 3,53% artaraq 46,88 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar