Azərbaycan nefti bahalaşıb
29.06.2016 617 0.0 0

Dünya bazarında neft bahalaşmaqda davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar artaraq 48,20 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar artaraq 48,85 dollar olub.

 

Qeyd edək ki, bahalaşma neft ehtiyatlarının azalma ehtimalı ilə əlaqələndirilir. 

 

Azərbaycan nefti bahalaşıb.

 

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,76 dollar və ya 1,59% artaraq 48,58 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar