Azərbaycan nefti bahalaşıb
08.06.2016 566 0
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar artaraq 50,52 dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar artaraq 51,52 dollar olub.
Nigeriyada neft infrastrukturunun ziyan dəyməsi, ABŞ-da neft ehtiyatlarının azalacağı ilə bağlı gözləntilər nefti bahalaşdırıb.
Azərbaycan nefti bahalaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,76 dollar və ya 1,50% artaraq 51,48 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər