Azərbaycan nefti bahalaşıb
21.02.2015 763 0
Dünya birjalarında neftin qiyməti yenidən qalxıb.
Məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01% bahalaşaraq 60,22 dollar olub.
WTI neftinin qiymətində isə 1,02% ucuzlama müşahidə olunub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatları zamanı WTI neftinin qiyməti 1 barelə görə 50,81 dollar təşkil edib.
Azərbaycanın yüngül neftinin qiymətində dəyişiklik olub. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə fevralın 20-də yüngül neftin qiyməti 63,42 dollara çatıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər