Azərbaycan nefti bahalaşdı
10.06.2015 745 0.0 0

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,83 dollar bahalaşaraq 65,26 dollar təşkil edib.

Məlumata görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.

Dünya birjalarında isə neftin qiyməti yenidən bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2 dollar bahalaşaraq 60,14 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,19 dollar artaraq 64,88 dollar olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar