BMT-nin “Davamlı inkişaf həlli şəbəkəsi” tərəfindən 2015-ci il üzrə dünya ölkələrin növbəti xoşbəxtlik indeksi açıqlanıb.
Məlumata görə, Dünya Xoşbəxtlik hesabatında Azərbaycan qonşuları Gürcüstan, Ermənistan və İranı qabaqlayaraq 158 ölkə arasında 80-ci yeri tutur. İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Ermənistan isə 127-ci yerdə gəlir. Türkiyə isə 76-cı yeri tutur.
Keçmiş sovet respublikalarından olan Özbəkistan siyahıda 44, Moldova 52, Qazaxıstan 54, Belarus 59, Rusiya 64,Türkmənistan 70, Qırğızıstan 77, Tacikistan 106, Ukrayna isə 111-ci yerdə qərarlaşıb.
Hesabata görə, 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir. Siyahıda ilk 10-luğa İsveçrə, İslandiya, Danimarka, Norveç, Kanada, Finlandiya, Niderland, İsveç, Yeni zelandiya və Avstraliya daxildir.
Siyahının sonunda isə Ruanda, Benin, Suriya, Burindi və Toqo gəlir.
Xatırladaq ki, araşdırma BMT-nin rəhbərliyi ilə Kolumbiya Universitetində fəaliyyət göstərən “Yer İnstitutu” tərəfindən aparılıb. Məqsəd dünya ölkələrinin və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir. Burada əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur./anspress/