Azərbaycan müdafiə xərclərini artırır
18.02.2016 507 0.0 0

 Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırır.
 
Məlumata görə, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.
 
Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.
 
Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı. Bu vəsaitin 1 mlrd. 723 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.
 
Müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması ilə bağlıdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar