Futzal üzrə Azərbaycan millisi Niderlandda keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Bakı İdman Sarayında məşqlərə start verib.
Yığma üzvləri əsasən fiziki hazırlıqlara üstünlük verir. Avropa çempionatı üçün təlim-məşq toplanışı növbəti həftə start götürəcək. Fiziki hazırlıq məşqlərinə ölkə çempionatında çıxış edən futzalçılar qatılır. Legionerlər isə 2-3 gün ərzində Bakıda olacaqlar.
Bakıdakı hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Həmin gün Belçikaya yola düşəcək milli yanvarin 17-də yerli yığma ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.