Azərbaycan Mançesterdə törədilmiş terror aktını pisləyib
23.05.2017 678 0.0 0

Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində stadionda törədilmiş terror aktını pisləyir.

Məlumata görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yazılıb.

Nazirlik hadisə ilə bağlı həlak olanların yaxınlarına və Böyük Britaniya hökumətinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar