“Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS TV-nin verilişlərinin efirdən çıxarılması və cərimə tətbiq edilməsi bizi məyus etdi. Çünki biz, 1990-cı il Azərbaycan gerçəklərini ANS TV-də və TV nin rəhbəri Vahid Mustafa Yev in çəkdiyi “XOCA” , “Qanlı Yanvar” filmlərindən öyrənmişik."
Məlumata görə, bunu Türkiyə məşhurları, iş adamları, ziyalıları ANS TV-yə qarşı qəbul edilən haqsız qərarlara dair yaydıqları bəyanatda söyləyiblər.
Həmin bəyanatın mətnini təqdim edirik:
“Türkiyə Azərbaycan. Bu iki dövlət tək millət olduqlarını hər yerdə dəfələrlə vurğulayıb. Sevincimiz kədərimiz bir olub. Bunu biz türk milləti olaraq hər zaman hiss etmişik. Türkiyənin başına gələn bədbəxt hadisələrdə, teror aktlarında Azərbaycan həm dövlət, həm millət olaraq bizi yalnız qoymayıb. Bunu xəbərlərdən, sosial şəbəkələrdən, izlədiyimiz Azərbaycan TV kanallarından görürük. Tariximizin ən qanlı terror hadisəsi Ankarada baş verdi. ANS TV bu qanlı hadisə ilə bağlı əyləncəli verilişlərini efirdən çıxartdı, bizimlə bərabər qara lentlə yayıma çıxdı. İnsanın pis günündə yalnız olmadığını anlamasının dəyər qarşılığı yoxdur.
MTRŞ tərəfindən ANS TV-nin verilişlərinin efirdən çıxarılması və cərimə tətbiq edilməsi bizi məyus etdi. Çünki biz, 1990-cı il Azərbaycan gerçəklərini ANS TV də və TV nin rəhbəri Vahid Mustafa Yev in çəkdiyi “XOCA”, “Qanlı Yanvar” filmlərdən öyrənmişik.
Bir ölkənin aynası onun mətbu orqanları və telekanallarıdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mətbuat azadlığına önəm verdiyini bilirik. Buna əsaslanaraq Azərbaycan hokümətinə müraciət edir, verilən qərara müdaxilə edilməsini xahiş edirik.
Hörmətlə,
Nebahat Çehre (aktrisa)
Müjdat Gezen (aktyor)
Prof. Serdar Dağ (cərrah)
Belma Akyüz (yapımcı)
Uğur Kopuz (yapımcı)
Başaran Şimşek (rejissor)
Kartal Çiğdamlı (rejissor)
Murat Bayar (yapımcı)
Davut Güloğlu (müğənni)
Yusuf Güney (müğənni)
Serpil Tamur (aktrisa)
Selma Kutluğ (aktrisa)
Esat Hancı (iş adamı)
Kenan Kıran jurnalist, yazıçı
Murat Kekilli (müğənni)
Şükrü Ozyıldız (aktyor)
Mahmut Cevher (aktyor)
Faruk Tinaz (sənətçi)
Selçuk Ural (sənətçi)
Levent Özdilek (aktyor)
Menderes Samancılar (aktyor)
Orhan Olmez (mugenni)
Akın Bazın ( mugenni)
Turgay Başyayla"
ANS TV-nin lehinə bəyanatla çıxış edənələr arasında Türkiyənin məşhur aktrisası Nəbahət Çehrə 100 yaxın filmdə çəkilib. Aktrisanın çəkildiyi sonuncu filmlərdən biri azərbaycanlıların XX əsrin 90-cı illərində müstəqillik uğrunda apardığı mübarizədən bəhs edən "Qanlı Yanvar" filmi olub.
Nebahat Çehre - aktrisa
Bəyanatla çıxış edən Professor Serdar Dağ Türkiyənin tanınmış neyrocərrahıdır. İstanbul universitetinin Cerrahpaşa Tıbb fakultesinin mezunu olan Sərdar Dağ Yeşilköy beynəlxalq hospitalı, Memorial Hastanesi, Levent Acıbadem Hastanesi kimi nüfuzlu tibb mərkəzlərində çalışıb.
Serdar Dağ - neyrocərrah, professor
Bəyanata qoşulanlardan biri də Türkiyənin məşhur sənətçisi - müğənni, bəstəkar və aktyor Davud Güloğludur. 1998-ci ildən karyerasına başlayan Güloğlu təkcə Vətənində deyil, ölkə hüdudlarından kənarda da tanınır. Müğənnilik fəaliyyətinə görə o, Fransada bir sıra mükafatlara layiq görülüb.
Davut Güloğlu - müğənni
Aktyor Levent Özdilek ilk dəfə kamera qarşısına 1967-ci ildə çıxıb. O vaxtdan bu günə Özdilək 100-ə yaxın film və seriallarda rol alıb. 2006-ci ildən sənətçi prodüserliklə məşğuldur.
Levent Özdilek - Aktyor, prodüsser
Türkiyə elitasının daha bir nümayəndəsi aktyor Menderes Samancılar 100-dən artıq film və seriallarda çəkilib. 2003-cü ildə “Sonbaharın Sarısını Vurdular Gece” adlı şeir kitabını təqdim edib. Hazırda Samancılar özünü ssenari müəllifi kimi sınayır.
Aktyor müxtəlif vaxtlarda “Antalya Altın Portakal Film Festivali”, “Sinema Yazarları Derneği”, “Çağdaş Sinema Oyuncuları Derneği” mükafatlarının müxtəlif nominasiyaları üzrə laureatıdır.
Menderes Samancılar - şair, aktyor
Daha əvvəl Rusiya ziyalıları, Anna Şatilova, Fyodor Bondarçuk, Timur Vaynşteyn, Vladimir Maşkov, Emmanuil Vitorqan, Pavel Lungində açıq məktub yazaraq "Televiziya sahəsindən xəbəri olmayan insanların bütün həyatını televiziyaya həsr edən peşəkarlara qarşı çıxardığı qərarlara” münasibət bildiriblər.
Bu ayın əvvəlində MTRŞ-ın ardıcıl olaraq ANS TV ilə bağlı çıxardığı qərarlara görə televiziyada yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay "Salam, Azərbaycan" proqramının yayımı isə 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə bağlanılıb.
MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımına dair qərar qəbul edib. Bundan başqa, MTRŞ ANS MYMŞ efirdə yayımlanan bəzi verilişlərdə guya sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar ümumilikdə 54 min AZN cərimələnib. Şuarının ötən gün də iclası keçirilib və "Reklam haqqında" Qanununun tələbləri pozulduğuna görə ANS MYMŞ-inin, ümumilikdə 25 000 AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.
Şuranın qərarına Mir Şahin Ağayev "Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm." - deyə şərh etmişdi və bununla bağlı ANS-in məhkəməyə müraciət edəcəyini bildirmişdi.
"Salam Azərbaycan"ın tanıtım baneri
MTRŞ-ın ANS TV-ə qarşı çıxardığı qərarlar ictimaiyyətdə bir mənalı qarşılanmayıb./anspress/