Azərbaycan Litvaya pulköçürmə sistemini işə salır
06.08.2015 590 0.0 0

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Litva poçtu ilə STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir. ANS PRESS xəbər erir ki, bunu Trend-ə MMC-dən deyiblər.

Sistem payızda istismara veriləcək. STEFI sisteminin tətbiqi Azərbaycan poçt operatoruna Litvaya 30 dəqiqə ərzində təcili pulköçürmə həyata keçirməyə imkan yaradacaq.

Qeyd edək ki, STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pulköçürmələr təklif edir. Xidmət Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək.

Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar