Azərbaycan jurnalistə 28 min pul ödəyəcək.
30.10.2015 553 0.0 0

"Azərbaycan höküməti mühacirətdə olan jurnalist Aqil Xəlilin işində baş verən qanun pozuntularını tanıyıb və buna görə Xəlilova 28 min avro təzminatı ödəyəcəyini bildirib. Avropa Məhkəməsi də bu qərarla razılaşıb".

Bunu Avropa Məhkəməsinin verdiyi qərarı şərh edən vəkil Rəşid Hacılı deyib. 

Onun sözlərinə görə, bu proses 2007-ci ildə başlayıb və məhkəməyə şikayət də 2008-ci ildə gedib və prosesin nəticəsində belə bir qərar verilib: "Bu ilin yay aylarında hökümət adıçəkilən məhkəməyə bununla bağlı məktub göndərmişdi və dünən məhkəmə öz qərarını verərək bu təzminatla razılaşıb. Həmçinin Azərbaycan höküməti işi yenidən araşdıracağını da bildirib. Hökuməti proses vaxtı Aqil Xəlilin işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb. Əgər araşdırma nəticəsində MTN-in polkovnikləri Akif Çovdarov və Dağbəyi Allahverdiyevin hər hansı günahı sübuta yetirilərsə onlar haqqında da hansısa tədbirlər görülə bilər. Hələ qərar dünən elan olunduğu üçün təzminat ödənməyib. Lakin 3 ay ərzində ödəniləcək".

 


Rəşid Hacılı-vəkil


2008-ci ilin fevral ayının 22-də A.Xəlil "Zeytun Bağları" adlanan ərazidə ağacların kəsilməsi haqqında reportaj hazırlayarkən orada iki nəfər - Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, polkovnik Akif Çovdarov və həmin idarənin əməkdaşı Dağbəyi Allahverdiyev tərəfindən döyülmüşdü.

Hadisə vaxtı jurnalistə xəsarət yetirilmiş və barmağı sındırılmışdı. Bu hücum anı təsadüfən yoldan keçən şəxslər tərəfindən lentə alınaraq internetə qoyulmuşdu.

Bundan bir müddət sonra - martın 13-də isə axşam saatlarında Aqil Xəlil qəzetin ofisinin yerləşdiyi "Azərbaycan" Nəşriyyatının yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Bunun ardınca isə o, seksual azlıq tərəfindən şərlənmişdi. Həmin ilin iyul ayından etibarən Aqil Xəlil Fransada yaşayır.

 


Aqil Xəlil- Fransada yaşayan jurnalist/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar