Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən oxatma üzrə fərdi yarışlarda Olqa Senyuk (AZE) rumın Simona Bansilanı məğlub edib. Bununla da o, bazar günü 1/16 finalda Dünya Çempionu Maya Yager (DEN) ilə görüşmək şansı qazanıb.
Son şansını o, onluğa vurmaqla dəyərləndirib. Senyukun qələbəsindən dərhal sonra, dünya reytinqinin 47 nömrəsi Ester Deden (NED) özündən çox reytinqli rəqibi, reytinq cədvəlində 18 pillədə yerləşən Violeta Mıjoru (POL) məğlub edib.
Yarışın ən böyük sürprizi isə ilk görüşdə olub. Belə ki, Avropa Oyunlarında iki medal qazanan Nataliya Valeyeva (ITA) bir ox belə atmadan növbəti mərhləyə keçib. Nataliyanın Linje Sahita (KOS) ilə yarışacağı gözlənilirdi.
Lakin Sahitanın məşqçisi Aqron Mala (KOS) 17 yaşlı idmançının yeməkdən zəhərləndiyini və yarışöncəsi həyacanını səbəb gətirərək Sahitanın yarışda iştirak etməyəcəyini bildirib.
“Karyeram ərzində ilk dəfədir ki, kiminsə qorxudan yarışdan imtina etdiyini görürəm. Bu o deməkdir ki, psixoloji cəhətdən o, düzgün hazırlaşmayıb. Lakin mən onu başa düşürəm.” – Valeyeva deyib.