Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, 80 kq dərəcəsində yarışan Milad Beiqi Harçeqani ilkin mərhələdə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və rəqibi üzərində inamlı qələbə qazandı – 12:0. Onun qələbəsi yarışı izləyən Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri tərəfindən alqışlandı. Qalibləri medallar dövlət başçısı tərəfindən təqdim olundu.
Harçeqani 1/4 finalda da özünü daha yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə döyüşən Azərbaycan idmançısı bu görüşü də 17:5 hesabı ilə öz xeyrinə bitirib.
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qüvvəsini sınayıb. İdmançı bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçu oldu.
Ümumilikdə Avropa Oyunları çərçivəsində taekvondo üzrə Azərbaycan komandasının 4 üzvü yüksək nəticə göstərib. Ayxan Tağızadə və Mİlad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb.