Azərbaycan İsrailə cavab verdi
25.03.2015 760 0.0 0

"Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".

Qazeta.info bildirir ki, bu sözləri Israilin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-in sorğusuna cavab olaraq deyib. 

Qeyd edək ki, İsrailin Terrorla Mübarizə İdarəsi yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib. Həmin bölgələr arasında Azərbaycanın da adı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar