Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq
17.05.2017 806 0.0 0

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb.

Məlumata görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. Məcidov 4:0 hesabı ilə qalib gəlib.

O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar