Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı
21.05.2017 869 0
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 61 kq çəki dərəcəsində Hacı Əliyev qızıl medal qazanıb.
Məlumata görə, o, qırğızıstanlı Alibek Osmonovu məğlub edib. Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər