Azərbaycan əhalisinin sayı açıqlanıb
15.11.2016 1349 0.0 0

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79 min nəfər və ya 0,8% artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 784,6 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

 

Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

 

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəm doğulub.

 

Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.
 

2016-cı ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
 

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar