Azərbaycan əhalisinin sayı açıqlanıb
14.07.2016 974 0.0 0

 2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artıb.
 

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

 

Ölkə əhalisinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişi, 50,2%-i isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 nəfər təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u üçəm doğulub.

 

Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 nəfər olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar