Azərbaycan əhalisinin sayı açıqlanıb
19.01.2016 570 0.0 0

2015-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 103,8 min nəfər və ya 1,1% artaraq ilin  dekabr ayının 1-i vəziyyətinə 9696,8 min nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir. Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.
 
2015-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 152,4 min doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni  qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2774-ü əkiz, 78-i isə üçəmdir.
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ilin 11 ayı ərzində 50,0 min ölüm halı qeydə alınıb və 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar