Azərbaycan əhalisinin 6 faizi əlildir
16.06.2017 696 0
“Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir”.
Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda bildirib.
Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir, əlilliyi olanların tibbi sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
İ. Rəhimov qeyd edib ki, Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər