Azərbaycan hərbiçisi şəhid olub.
27.03.2015 730 0
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.
Məlumata görə, martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub.
Bildirək ki, E. Kazımov 2 ay öncə ailə həyatı qurub.Şəhid olan 30 yaşlı E. Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları,Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər