Azərbaycan gimnastından daha bir medal
15.05.2017 702 0
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb. Məlumata görə, onun nəticəsi 12.400 xal olub.
Qızıl medalı 12.750 xal nəticə ilə Türkiyə təmsilçisi Demet Mutlu qazanıb. Bürünc medalı da 11.900 xal nəticəsi olan Türkiyə təmsilçisi Ekin Morova qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər