Azərbaycan dünyanın dördüncü ən iri fındıq istehsalçısıdır
24.10.2017 724 0.0 0

Azərbaycan dünyada ən çox fındıq istehsal edən dördüncü ölkədir.

 

Məlumata görə, 2016-cı ildə Azərbaycanda 40,5 min ton fındıq istehsal olunub. Beləliklə, ölkəmiz Türkiyə, İtaliya və Gürcüstandan sonra dördüncü yeridə qərarlaşıb.
 

Bildirilir ki, hazırda Azərbaycanda 42 min hektar ərazidə fındıq yetişdirilir, lakin ölkənin potensialı bu göstəricinin 100 min hektara çatdırılmasına imkan verir.


Gəlirlərə gəlincə, ölkəmiz fındıq tədarükdən il ərzində 105 mln. dollar əldə edib.

 

Azərbaycan fındığının ən böyük idxalçısı Rusiyadır. Şimal qonşumuz ötən il Azərbaycandan 30 mln. dollarlıq fındıq alıb. İkinci yerdə isə 24 mln. dollarlıq göstərici ilə Almaniya qərarlaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar