Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib
20.02.2016 715 0.0 0
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü Yalhı Ömər külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

Xəbərə  görə, Y. Ömər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Qeyd edək ki, ötən gün Azərbaycanda vergidən yayınan daha bir türk iş adamı axtarışa verilib. K. Heyse 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olub./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar